İlahi…

Özümü boşluğa atıb gedirəm
Bəlkə də əlimdən tutacaq deyə.
Bir kəndir əlimdə qaçıb gedirəm
Bəlkə də budağı qiracaq deyə.

Bir anlıq zövqlərə aldatma məni
Mən sənə gəlirəm sənə İLAHİ.
Dərdə dərman verib yaşatma məni,
Mən yenə gələcəm yenə İLAHİ.

Əlimi göylərdən gözümü səndən
Adını dilimdən alma İLAHİ.
Bir dərt qazanmışam çözümü səndən
Mən yenə gələcəm yenə İlahi.

Güclü olacağam mərt olacağam
Bəlkə də çoxuna sərt olacağam.
Agrımaz başıma dərt alacağam
Mən sənə gələcəm sənə İLAHİ.

Gözəl.

loading...