İkiüzlülər.

Əvvəlcə yaxınlıq eyləyib sənə
Guya şərik olur sənin dərdinə
Dərdini bayraq tək alıb əlinə
Küləkdə tutandı iki üzlülər.

Gen günündə itin olub hürərlər
Böyür başda yalmalanıb gəzərlər.
Yükün olsa eşşeyinə dönərlər
Yıxılsan baltadır iki üzlülər.

Yıxılanda əl verməyir əlinə
Üstəlik də zərbə vurar belinə.
Gen günündə sağlıq deyib səninlə
Kürəkdə bıçaqdır iki üzlülər.

loading...