heyder babamiz

Hələ çiynimizdədir uğurlu əlin sənin
(ulu öndərimiz H.Əliyevin əziz xatirəsinə həsr olunur)

Ömrün şirin bir nəğmə
Həyatın tarix dərsi.
Belə ömür yaşamaq
Arzusudur hər kəsin
Qoy bu tarix dərsini
Bütün cahan oxusun
Azərbaycan dinləsin,
Azərbaycan oxusun.
Azərbaycan oxusun
Dastanlara sığmayan
Bir ömrün nəğməsini
Azərbaycan oxusun
Bu ömrün 80 illik
Hünər səlnaməsini.
Azərbaycan dinləsin
Ulu haqqın səsini.
Bu səs sənin səindi
Səslənir qulağımda
Quran ayəsi təki.
Bu səs sənin səsindi
Oxuyur dodağımda
Zəfər nəğməsi təki.
Bu səs sənin səsindi
Titrədir salonları
mərmi zərbəsi təki.
Yenə səni dinləyir
Vətənin, elin sənin.
Hələ çiynimizdədir
Uğurlu əlin sənin.

Sən dağa arxalandın
Dağ sənə arxa durdu.
Sən haqqa arxalandın
Haqq sənə arxa durdu
Sən xalqa arxalandın
Xalq sənə arxa durdu.
Arxası dağ olanın
Gücü tükənməz dedin.
Araxası haqq olanın
Çırağı sönməz dedin.
Arxası xalq olanın
Bayrağı enməz dedin.
Yolumuza nur saçır
Ömür məşəlin sənin
Hələ çiynimizdədir
Uğurlu əlin səni.

Bu qurub yaratdığın
Dövlət yaşadar səni.
Haqqını yaşatdığın
Millət yaşadar səni.
Pillə-pillə ucalıb
Kərpic-kərpic qurduğun
Bu ölkə, bu məmləkət,
Məmləkət boyda sevgi,
Dünya dolusu şöhrət,
Hörmət yaşadar səni.

Sənsiz keçən günlərin
Hər ayında, günündə,
Hər kəsin həyatında,
Hər nəfərin ömründə
Görünür yerin sənin.
Qədir bilən xalqının
Səni sevən könlündə
Sağlığında ucalıb
Məğrur heykəlin sənin
Hələ çiynimizdədir
Uğurlu əlin sənin.
Sənin yerin görünəcək
Ulu Öndər H.Əliyevin əziz xatirəsinə.

Bir səməndər quşu oldun cilvə çəkən odun vətən,
Sən müsəlləh ər oğuldun, çilə çəkən qadın vətən,
Sən vətənin övladısan, sənin də övladın vətən
Arındıqca qarayla ağ, nahaqla haqq bilinəcək
Sənin yerin görünəcək !

Nə zaman ki, Azərbaycan Təbrizinə, Zəncanına qovuşacaq
Nə zaman ki, qaçqınların ata-baba ünvanına qovuşacaq
Nə zaman ki, qisasımız haqq, ədalət divanına qovuşacaq
O gün vətən başdan-başa al qumaşa bürünəcək
Sənin yerin görünəcək !

Nə zaman ki, İrəvandan, Qarabağdan köç edəcək xəyanət, şər
Nə zaman ki, “Azərbaycan, Azərbaycan” söyləyəcək bütün bəşər
Nə zaman ki, sənin böyük abidəndən lent kəsəcək körpə Heydər
Arzuların vətənində açıldıqca çiçək-çiçək
Sənin yerin görünəcək !

Daim yeni zəfərlərə səsləyəcək ruhun bizi
Əməllərin ömrümüzü bəzəyəcək, xoş xatirən qəlbimizi
Haqq, ədalət qarşısında büküləndə namərd düşmənlərin dizi
Nə zaman ki, haylar, yanlar dizin-dizin sürünəcək
Sənin yerin görünəcək !

Milli Ordun bir müzəffər yürüş ilə yurdları azad edəndə
Oğulların Xocalını, Kəlbəcəri, Laçını abad edəndə
Bağladığın kontraktlar bəhrə verib millətini şad edəndə
Sən ey ömrü bir ədəbi məşəl kimi yanan ürək
Sənin yerin görünəcək !

Dursun Musayeva


Reklam


Dostlarınla paylaş