Gedirəm

Dostum, uzaq səfərim var,
Demə,ölməyə gedirəm.
Bölünməyən bir sevgim var,
Onu bölməyə gedirəm.

Şirnim çox acı dadıb,
Ürəyim çox qəmə batıb.
Həyat məni çox ağladıb,
Bir az gülməyə gedirəm.

Sevgim çağırdı bu bahar,
Elə bilirdim ki, unudar.
Yanağında göz yaşı var,
Onu silməyə gedirəm.

Ömür keçər, vaxt uzanar,
Şamım hədər yerə yanar.
İkimizin bir dərdi var,
Dərdi bilməyə gedirəm…

Müəllif:Çingiz Babaoğlu
(Ç. Əliməmmədov) Quba

loading...