Ey ürək

Susma,susma danış ey ürək,
Səndə olan nifrəti,sevgini, məhəbbəti
Tökdə danış ey ürək.
Çırpınma kədərinlə,unutma olanları,
Bu vəfasız insanı satda danış ey ürək.
Aldatma gəl özünü,kor eyləmə ömürnü,
Yalan olan sevgini,əzdə danış ey ürək.
Əzab etmə özünə,vur xəncəri qəlbinə,
Yalan olmuş ömrünə,baxda danış ey ürək.
Haray çəkmə ağlama,bəsdir daha yalvarma,
Etmə daha şikayət,
Susma,susma danış ey ürək.

Müəllif:Maxsudi Jalə

loading...
Tags: