Ey Tanrım!

Ey Tanrım!köməyim ol mənim hər an,
Lütfuna,rəhminə möhtacam yaman.
Hifz eylə,sən məni etməyim günah,
Diz çöküb,önündə gətirdim pənah.

Ey Tanrım!iradə,səbir ver mənə
Ki şeytan şərrinə uymayım yenə.
Sən özün nəfsimə hakim ol mənim,
Inan ki,tək səndən budur istəyim.

Ey Tanrım!qoru sən,qulunam məndə,
Ayırma sən məni digərlərindən.
Doğru və düz yola et ki hidayət,
Yolundan azmayım heç zaman əlbətt.

Ey Tanrım!sevirəm qəlbən mən səni,
Nə olar doğrula sevən qəlbimi.
Rəhbər ol,sən mənə hər bir işimdə,
Doğrusu nə isə et qismətimdə.

Elmin Nurlu

loading...