Ey qızıl gül

Ey qızıl gül sənin ləçəylərinə
Tək-tək ayrı-ayrı bir işim düşüb,
Mən səni yarıma verəcəm sabah
De ki Qasim sənin eşqinə düşüb.

Bu gecə sübhə dək yanımda qal ki,
Mən nələr çəkirəm özün görəsən
Xahişim budur ki, gördüklərini
Yarıma sən özün gedib deyəsən.

Yarımın o nurlu üzünü görüb
Nə olar utanıb boynunu bükmə
Desə ki mən onu sevmərəm heç vaxt
Onun qarşısında göz yaşı tökmə

Heç nədən çəkinmə məğrur ol ey gül
Dik durub önündə anlat hər şeyi
Əyər ki qismətim deyilsə mənim
Dəyişməz sözlərin acı taleyi.

Desə ki bəs özü niyə söyləmir?
Denənki o qorxur cürəti çatmır!
Görsən ki inanmır denən gecələr,
Aşiqin rəsminlə danışır, yatmır.

Denən ki bir gecə qonağı idim
Elə hey O səni xəyal edirdi
Nəhayət sevindim yatır diyesen
Sənli xəyallarla yuxuya gedirdi

Müəllif:Qasım Quliyev

loading...