Eşq dəlisi.

İndi düşünürəm mən
Bu olub-keçənləri
Həyat sınağa çəkir
Daima sevənləri
Gecələri oyandım
Acılara dayandım
Qürurumla oyandım
Niyə sənə inandım
Niyə sənə inandım
Bu mənəm eşq dəlisi
Üzdü qəlbimi birisi
Hislərimə yenildim
Yalan imiş sevgisi
Dedim gəl ayrılmayaq
Röyama gəldin qonaq
Bu qədərmi sən mənə
Həm yaxınsan,Həm uzaq?

Tural Bayraməliyev.

loading...