Elvira özünə qıyıb getdi

Gözlərindən süzülən yaş,
Ümüdünü yuyub keçdi.
Gələcəyə boylanmadan,
Elvira özünə qıyıb getdi.

Rahat nəfəs almadan,
20 yaşını gəldi keçdi.
Bu da keçib gedər deyə,
Elvira özünə qıyıb getdi.

Nə vardıkı keçmişində,
Həsrət onu sıxıb keçdi.
Dünya fani olsada,
Elvira özünə qıyıb getdi.

Səssizliyi onu ucaltdı,
Həyat onu tez qocaltdı.
Baxışları üz qızartdı,
Həsrət onu yıxıb keçdi,
Elvira özünə qıyıb getdi.

Leyli kimi divanə olan,
Məcnun kimi viranə olan,
Bülbül kimi gülə qonan,
Həsrət onu boğdu keçdi,
Elvira özünə qıydı getdi.

Taleyi qara, bəxdi qara,
Gözü qara, qaşı qara.
Heç kimsəyə yalvarmadan,
Elvira özünə qıyıb getdi.

Özüm yazmışam…Adim..Elvira Məmmədova. (intihar etmək günahdır)

loading...
  • Aysu

    He hemde cox gunahdi

  • Bir sen vardin o da getdin indi menim kimim qaldi
    Yanliz seni gorurdum seni oz nefesine qisqanirdim
    Bir az meni sen anla
    Men ozumu unutmusam
    Esqinden mecnin olmusam!!!!!!!!!!!!!
    Qayit!!!!!!!