“Elədim”(qəzəl)

Qula aşiq oluban mən o qulu şah elədim..
Nə xəyallar quraraq, sevgimi agah elədim..

Nə bilim sevgiyə kar qəlbi varıymış o şahın,
Olaraq mən ona qul bir ah edib vah elədim…

Dilərək zərrə ümid,qibtə edərkən ona mən ,
Kiçicik daxma olan qəlbini dərgah elədim..

Gahi şair oluban,gah da onun bəstəkarı,
Yazaraq şeyri-qəzəl,eşqimi segah elədim…

Sayıban eşqi savab gəl ki, nəzir bil onu sən,
Savabın Orxana yaz kim demə hərgah elədim..

Müəllif :Abdullazadə Orxan

loading...