Dedim,ey gül,nədir halın…(Əruz)

Dedim,ey gül,nədir halın,
Gözün yaşın rəvan eylər.
Düşən gündən bu sevdayə
Xəyal eylər,güman eylər.
***
Siyah zülfün zərəfşandır,
Üzün gülşən,gülüstandır.
Nədən ömrün zimistandır,
Məlal eylər,xəzan eylər.
***
Ürək dözməz fəraq olsun,
Könül səndən iraq olsun.
Yanar canım,çıraq olsun
Sitəm eylər,divan eylər.
***
Əlac etsən,qübar etməz,
Sevən aşiq fərar etməz.
Neçin səbri-qərar etməz,
Yıxar könlüm,viran eylər.
***
Olan olmuş,keçən keçmiş,
Dolub badəm,içən içmiş.
Ömür Mövlud deyər heçmiş,
Qılar ah-zar,fəğan eylər.

15.05.2016.Mövlud Ağamməd.Zərdabi.

loading...