Dərdliyəm

Sevgin ürəyimdə qərib düşübdür
Yurdu talanıbdır yuvası uçub,
Gecələr sığınıb ümid payına
Dərin baxışında yuxu da susub.

Zaman çox yarama bil sığal çəkib
Amma dərinlikdə nə çox qəm-kədər
Nə çox izdirab var nələr bilmirəm
Bəlka ürək yatır bir ümman qədər.

Daha fikirlərim darma dağındır
Yolumun əvvəli başı görünmür
Bəxtim daş içində sükut bağlayıb
Ayılan vaxtı yaşı görünmür.

Daha sevmərəm heç kimi əsla
Sevdiyim xəyanət eylədi mənə
Bu dərdə layiq deyiləm dünya
Axı neylədim neylədim sənə.

Müəllif: Əvəz Gəncəli


Reklam


One Comment

  1. Aytac says:

    Yazdigim statuslari tapa bilmirem komek ede bilersiniz?

Leave a Comment