Çox qorxuram

Sənlə gələn yuxunu,
Yatmaqdan çox qorxuram.
Səhər oyanıb, dərdə,
Batmaqdan çox qorxuram.

Bilməsəm də yerini,
Bu sevginin sirrini.
Hər acıya şirini,
Qatmaqdan çox qorxuram.

Bezdim nazdan məzədən,
Çıxaraq əndazədən.
Səni sevib təzədən,
Atmaqdan çox qorxuram…

Müəllif:Çingiz Babaoğlu
(Ç. Əliməmmədov) Quba

loading...