Çörək:Gör məni nə kökə salıblar

Təndir çörəyini aldım əlimə,
Çörək dilə gəldi,kömək istədi.
Yeməmişdən əvvəl göz atın mənə.
Gör məni nə kökə salıblar indi.

Dadıma, duzuma fikir verən yox,
Alıblar canımı can deyənim yox.
İçi nəmli qabığa döndəriblər,
Gör məni nə kökə salıblar indi.

Adımdan istifadə eləyirlər,
Cörək adıyla satış eləyirlər.
Belə yolla pul qazanıb, kef-damağ eləyirlər,
Gör məni nə kökə salıblar indi.

Nə günahım qalıb, nə də savabım,
Gör məni nə kökə salıb, satırlar.
Məni bişirtdirən düşünmür görən,
Ki, çörək yerinə günah satırlar?

Axı mən halalam, oynama mənlə!
Götürüb qoyanda ətimi qırtma!
Canım inciyərsə qaçib gedərəm!
Mən atlı olaram, insan piyada!

Sevinc

loading...