Çıx get

Məndən azadlığı dilədiyin tək
İndi xeyir-dua dilə çıx get.
Dəyiş söyləmirəm xasiyyətini
Mən belə sevmişdim belədə çıx get.
Daha bu sevginin adını tutma
Hər şeyin sonu var bunu unutma.
Daha yoxluğunla məni qorxutma
Yaş çıxmaz gözümdən gilə’də çıx get.
Mənim üçün arxada qaldı çətin yol,
Qayıt söyləmərəm ölsəmdə bir yol.
Yerişin o yeriş,yolun həmin yol
Necə gəlmişdinsə elədə çıx get.

Zabir Mikayilzadə.

loading...