Çirkin gözəl.

Mən çirkinəm deyib hər gün ağlama gəl,çirkin gözəl.
Ağlamaqla az qəlbimi dağlayıb dəl,çirkin gözəl.

Gözəllik deyil əbədi bir gün onu qara torpaq,
Alacaqdır ağuşuna axır-əzəl,çirkin gözəl.

Ağaclardan götür ibrət gözəldilər yayda əfsus,
Payız gəlir,solur yarpaq olur xəzəl,çirkin gözəl.

Toz içində bir çiçəksən,tərtəmizsən mələk kimi,
Etməmisən bu vaxtacan çirkin əməl,çirkin gözəl.

Baxma vardır çox gözəllər,olsalar da gözəl amma,
Həyasıyla deyil səndən əsla gözəl,çirkin gözəl.

Xülyan gözəl,həyan gözəl,röyan gözəl,dünyan fərqli,
Sənə çirkin deyənlərə qoyma məhəl,çirkin gözəl.

Sən Saqinin gözlərində gözəllərin gözüsən yar,
Təmiz eşqlə uzadıram mən sənə əl,çirkin gözəl..

Emın Saqi

loading...