Çalış düşün,varlığına.

Çalış düşün, varlığına
*************************

Özüvü tanı yaşamda
Varlığını satma yada
Özünlə ol bu dünyada
Öz özünə sən ol tanış
Öz özünlə daha barış.

Qoyma vətən yaddan çıxa
Yurdumuzu yağı çapa
Varlığımız yoxa çıxa
Öz kökündən küsmə barış
Öz kökünlə sən ol tanış.

Türk xalqının qoçağısan
Köroğlular ünvanısan
Sal Dədə Dorqudu yadan
Öz xalqına sən ol tanış
Öz xalqınla daha barış.

Türk adı qoy uşağıva
Qoyma adın yaddan çıxa
Xalq adlanar milli adla
Tarixinlə sən ol tanş
Öz dilinlə daha barış.

Çevirmə xalqına arxa
Çalış, düşün varlığına
Qurur duy ana yurduna
Ana yurdunla ol tanış
Öz xalqına daha qovuş.

Ruslaşıb, rusca danışma
Farslaşıb, farsca danışma
Yiyə dur öz varlığına
Çalış öz dilini danış
Türkcə yazıb, türkü danış.

12.07.2016 Eldar Güneyli

loading...