Çətin ki çox sürə ömrüm bu qəmnən

Çətin ki çox sürə ömrüm bu qəmnən,
Çətin ki bir sevinc mənə tuş gələ.
Üz-üzə dursan da bu bəxti kəmnən,
Sən mənə yaddan da yad oldun belə.

Qəmini qəm bildim, dərdini dərdim,
Ağrına, acına sinəmi gərdim,
Mən sənə qəlbimin odunu verdim,
Sən mənə yaddan da yad oldun belə.

Günlərlə dayandım yolunun üstə,
Saçını oxşadım qolumun üstə,
Yolunda mən getdim ölümün üstə,
Sən mənə yadan da yad oldun belə.

Bilməzsən yolunda nələr çəkmişəm,
Vüsala boylanan kədər əkmişəm,
Mən sənsiz gözümün yaşın tökmüşəm,
Sən mənə yaddan da yad oldun belə.

Anlaya bilmirəm istəyin nədir,
Bu ağrı qəlbimi dağlayır, didir,
Dayanmır, il ötür, ömür-gün gedir,
Sən mənə yaddan da yad oldun belə.

Müəllif:Sərdar Zeynal

loading...