Çəkdi

Ağıllılar bir yol seçdi dolandı
Ağılsız zəhmətin hər yana çəkdi
Doxsan doqquz yarımçıq iş ziyandı
Nizami bir misal palana çəkdi.

Öz hökmünü başa vuran dünyadı
Hər nəslin zatı var hər barın dadı
Hansı sərçə xoruz olub banladı?
Tərlanın balası tərlana çəkdi

Qırx il şeyriyəti eylədim peşə
Kağız qələm sirdaşımdı həmişə
Bu dünyada xoşum gəlmir bir işə
Zaman qamçısını qanana çəkdi.

Əlqəməni belə görüb hər nəfər
Ədalət dilində əzbərdi əzbər
Qram qram hesablanar xeyir şər
Əyilən tərəzi ziyana çəkdi.

Müəllif:Əlqəmə Əmrahoğlu

loading...
Tags: