Bitən deyil

Getdin, xəyalın mənim,
Gözümdən itən deyil.
Bəhanə gətirirsən,
Bəs, yaşımız tən deyil.

Min xəyal var başımda,
Durmasan da qarşımda.
Bitmisən yaddaşımda,
Bu sevda bitən deyil.

Çox arzum var görməyə,
Lap yolunda ölməyə.
Saçına gül hörməyə,
Əllərim yetən deyil…

Müəllif:Çingiz Babaoğlu
(Ç. Əliməmmədov) Quba

loading...
  • Darıxıram , bu dünya mənim üçün dar olub.
    Yelkənsiz gəmidəyəm, dalğalarla döyüşdə.
    Əgər mən, mübarizə aparmasam ölərəm.
    Küləkli bir yağışda, qalmışam mən dənizdə.
    Kimdən kömək istəyim, kimdən haray gözləyim.
    Yanımda heç kim yoxdu, tamam tənha dənizdə.
    Bilirsənmi? əslində oturmuşam otaqda.
    Amma, fikirlər məni, uzaqlara aparır.
    Çıxmışam dağ başına, qarlı, buzlu zirvələr,
    Mənə düşmən kəsilib, həyatımla oynayır.
    Bu sıldırım bilmir ki, ölmək üçün gəlmişəm.
    Hələ, döyüşmək üçün, buzlu qarı çağırır.
    Fikirlərim quş olub, qonur hara istəsə.
    İndidə çəməndəyəm, çiçəklərin içində.
    Amma, bu gözəllikdə mən heç rahat deyiləm.
    Çünki, çiçəklər məni özlərinə yad bilir.
    İndi görürsənmi ki, hara getsəm orda da,
    Dünya mənə dar olub, məndə qərib sərgərdan.
    Əsas səbəb budur ki, fikirdə , düşüncədə,
    Uçub gün keçirirəm, həm də çox uzaqdayam.
    Həqiqətin əzabı, məni qorxuya salıb.
    Bəlkədə biz, çətinlik həllini tez taparıq.
    Amma iradəsizlik, bizi gücsüz edibdi.
    Bu qorxu hissi bizə , sonda ölüm gətirir.