Azərbaycan.

Azərbaycan,sənsən mənim
Ülviyyətim,şan şöhrətim.
Adın mənim öz adımdır
Sənsiz mənim nə qiymətim?

Nəfəsimiz Babəklərin
Sabirlərin od nəfəsi.
Mahnımızda yaşar bizim
Babaların ayaq səsi.

Biz tarixə sığınmadıq
Dünən varıq bugün varıq
Biz keçmişə güvənərək
Gələcəyə addımlarıq.

Azərbaycan mənim eşqim
Mənim andım, mənim anam
Biz ikimiz bir torpağıq
Məndə sənin bir parçanam.

Bəxtiyar Vahabzadə.

loading...