Ayrılırıq

Ayrılıq da bir yol imiş,
Gör bizi hara gətirmiş.
Söhbətimiz heç bitməmiş,
Bilə –bilə ayrılıq.

Ötən bir də çətin gələ,
Demə ömür vardır hələ.
Ömrümüzü hər bir ilə,
Bölə- bölə ayrılırıq.

İtirsə kim sirdaşını,
Axtarır məzar daşını.
Ağlayaraq, göz yaşını
Silə-silə, ayrılırıq.

Yolumuz bir, yol gəlirik,
Sağ yolu biz, sol gəlirik.
Ölçərək, əl-qol gəlirik,
Elə- belə ayrılırıq.

İllər çatır qaşımızı,
Ömür ölçür yaşımızı.
Tökərək göz yaşımızı,
Gilə-gilə, ayrılırıq…

Müəllif:Çingiz Cingiz Babaoğlu
(Ç. Əliməmmədov)

loading...