Ay ANA (Dostumun Anasına)

Ürəyimdə dövr eliyən qanım oldun,
Pis günümdə hər dərdimə şərik oldun.
Çıxıb getdin bizə niyə uzaq oldun
İndi səni yad edirik məzarda
Hər an, səni gözləyirəm Ay ANA.

Cismin uzaq, ruhun hər an yanımda
Hər gecələr qonaq oldun yuxumda,
Aldı fələk, səni bizdən bir anda
Hər an, səni gözləyirəm Ay ANA.

Səsimi duy, Fəryad edib ağlayıram
Yoxsan burda ürəyimi dağlayıram.
El açmışam Allahıma yalvarıram
Qaytar getir bize anami xuda
Hər an, səni gözləyirəm Ay ANA.

Xaliq Abdullayev

loading...
Tags: