Ata Ana Baba Nənə.

Əziz ana,can anam
Mənim mehriban anam.
Arzum budur hər səhər
Səndən əvvəl oyanam.

Gecələr oyaq anam
Ömrünə dayaq anam.
İstərəm tez böyüyüb
Qulluğunda dayanam.

Atam evə gələndə
Elə bil ki,nur saçır.
Anamın çöhrəsində
Təbəssüm çiçək açır.

Gülür qardaşım,bacım
Sevinir babam,nənəm.
Atam işdən gələndə
Ən çox sevinən mənəm.

Nənəmi çox sevirəm,
Dəyməyirəm xətrinə.
Heyran qalmışam onun
Saçlarının ətrinə.

O,mənə söhbət açır
Yurdun igidlərindən
Dilində nağıllaşan
Vətən şəhidlərindən.

Yaman sevirəm
Babamı yaman.
Ayrılmaram mən
Ondan bircə an.

Sözü söhbəti
Şəkərdir şəkər.
Belə babadan
De,ki əl çəkər?

loading...
Tags:, , ,