Anasız.

Hələ körpə yaşda itirmişəm mən
Ömür yollarıma çıraq salanı.
Bu qədər amansız taleymi olar?!
Anadan ayırır körpə balanı.

Ana sən üzülmə mən ağlayanda
Tək sənsən dünyada qəmim,nisgilim
Səpim göz yaşımı yanan qəlbimə
Bəlkə həsrətini söndürə bilim.

Ana nəvazişin görməsəmdə mən
Artıq böyümüşəm yaşa dolmuşam
Ömrümü mən sənsiz yaşadım deyə
Günəşsiz səma tək tənha qalmışam.

Dünyada nə qədər dərd çəkdimsədə
Sənin yoxluğundan ağır olmadı
Bu dünya başımı qatsada mənim
Ana yoxluğunu unutdurmadı.

Müəllif:Qasım Quliyev

loading...