Anasız körpələr

Ana ölüncə körpə balaların
Ana deyə-deyə axtarar gözü.
Anam harda deyə sual verəndə,
Ətrafda olanlar itirər özün.

Körpə ürəkləri həsrət çəkərkən,
Gözləri yol çəkər anam gələcək.
Həyatı dərk etmədən, ölümü anlamadan, Həyat vurmuş silləsini onlara.

O körpə beyinləri böyüdükcə
Zaman axıb gedir, dönmür analar.
Bir xəyaltək hopur beyinlərinə,
Böyük bir xala dönüb, düşür ürəklərinə.

Anasız böyüyürlər, könüllərində niskil,
Ata ana olurlar, ürəklərində həsrət.
Xəyallarda yaşayan körpə uşaq və ana
Ordaca dayanıblar, o körpə heç böyümür.

Anasının böyrünə qısılıbdı qalıbdı,
Zamanın gerisində əlindən yapışıbdı.
Heç buraxmaq istəmir, qorxur ki, çıxıb gedər.
Anasıyla bərabər o illərdə qalıbdı.

Ondandır ki, həmişə qəlbi kövrək uşaqtək,
Qəlbləri tez qırılar, tez küsər inciyərlər.
Qocalarlar, analar xəyallarında cavan.
Qoca baxar körpəyə daha da uşaqlaşar,
O anda anasına daha möhkəm sarılar.

Sevinc

loading...