Analar.

Analar ay analar,
Sizə qurban analar .
Gülüşü zərrə qədər,
Dərdi ümman analar.

Şirin yuxuya həsrət
Payına düşüb zəhmət.
Qoymaz övlada minnət
Heç vaxt ummaz analar

Həcər kimi qeyrətli,
Həm abırlı,ismətli.
Ərinə sədaqətli,
Şam tək yanar analar.

loading...
Tags: