Ana şeiri.

Mənə doğma nəfəs kimi yaxın oldun
Pis günümdə hər dərdimə şərik oldun
Çıxıb getdin bizə niyə uzaq oldun
İndi səni yad ediriy məzarda
Hər an,səni gözləyirəm Ay ANA.

Cismin uzaq, ruhun hər an yanımda
Hər gecələr qonaq oldun yuxumda,
Aldı fələk,səni bizdən bir anda
Gedən günü saralmışam dünyada,
Hər an,səni gözləyirəm Ay ANA.

Səsimi duy,fəryad edib ağlayıram
Yoxsan burda ürəyimi dağlayıram
Əl açmışam Allahıma yalvarıram
Qaytar gətir bizə anamı xuda
Hər an,səni gözləyirəm Ay ANA.

Xaliq Abdullayev

loading...