Ana.

Həyat məni yaman yorub,
Qalmayıbdır dözüm, ana,
Hərdən baxıb öz-özümü,
Tanımıram özüm, ana.

Ürəyimə doldu qada,
Doğma, yaxın döndü yada,
Ümman kimi bu dünyada,
Yelkənim yox üzüm, ana.

Dövr eyləyib zaman gəldi,
Qaranlıqlar yaman gəldi,
Günəş getdi,duman gəldi,
Görməz oldu gözüm, ana.

Fələk məni hədəf bildi,
Atəş edib qəlbi dəldi.
Nə olsun ki, biri gəldi,
Getdi onum yüzüm, ana.

Qərib dərdli, ağlar olub,
Ürəyini dağlar olub,
Tükənibdir sözüm, ana.
Qurban sənə özüm, ana…

Müəllifi hər kimdisə çox gözəl şeir yazıb.

loading...