Aldadır

Uyuruq şirin dilə,
Yalan, bizi aldadır.
Çox küçə tanısaq da,
Dalan,, bizi aldadır.

Hərənin bir avazı,
Əlində də bir yazı,
Biri çalırsa sazı,
Çalan, bizi aldadır.

Bir az gilsək,, sevinsək,
Hirslənərək, deyinsək,
Eşşək düşüb, at minsək,
Palan, bizi aldadır

Sevindikcə həyatda,
Bizi sıxır həyat da.
Unuduruq, hər yadda
Qalan, bizi aldadır.

Alver edir hər çatan,
Müflis olaraq batan,
Kənarda qalır satan,
Alan, bizi aldadır…

Müəllif:Çingiz Babaoğlu
(Ç. Əliməmmədov)

loading...