Ağlar Oldu Dəli Şair.

Mən sənin yolunu, izlərəm hər an,
Bu eşqin külünü, közlərəm hər an,
Sənin gəlişini, gözlərəm hər an,
Yolunu gözlədi, göz ağlar oldu…
~~~
Mən hələ sevmədim, səntək heç kimi,
İlk sənə vermişdim, qəlbdə eşqimi,
Sən alovlandırdın, mənim sevgimi,
Sənə olan sevgim, ilk nübar oldu,
~~~
Daha güllər açmır, oxumur bülbül,
Sən getdin və soldu, baxçada tər gül,
Arxanca ağlayır, bax solan hər gül,
Səninlə o bahar, son bahar oldu…
~~~
Ağlayar ürəyim, səssizcə ağlar,
Ürəyim dərdindən, hey coşub çağlar,
Dərdimə bil hətda, ağlayar dağlar,
Sənsizlik sinəmdə ,Dərd qubar oldu…

loading...