Adını dərd qoyaydılar.

Səni tanıdığım sevdiyim gündən,
Qəm kədər ömrümü əlimdən aldı.
Ruhumu, qəlbimi, soküb qopardın
Geriyə sadəcə cisimim qaldı.

Hələdə dinməyib axan göz yaşım
Sən məni sən məni ağladan gündən.
Hələdə xəstədir,bimardır ürək
Sən ona dağ çəkib dağladan gündən.

Bu qədər fəryadım ucalmazdı heç
Mənimdə dərimi gər soyaydılar.
Kaşki elə sənin adını o vaxt
Qasımçün yaranan dərd qoyaydılar!

Müəllif:Qasım Quliyev

loading...