Acı həqiqət.

Bu gün həqiqəti gördüm, anladım
Məyər sən mən bilən o sən deyilsən
Sən böyük dünyada kiçik bir insan
Mənim düşündüyüm vətən deyilsən.

Ya özüm bilmədən, ya istiyərək
Səni gözlərimdə böyütmüşəm mən
Əslində deyildin əl çatmaz, uca
Sadəcə özümü kiçiltmişəm mən.

Mən səni gözümdə böyütdükcə sən
Mənim səhvlərimi böyütdün ancaq
Mən sənin nazınla oynadım deyə
Sən məni özünə sandın oyuncaq.

Sənlə keçirdiyim o qısa zaman
Ömür karvanımdan illər apardı
Vəfalı olsaydın sən heç olmasa
Şairdə dərdinə dərman tapardı!

Müəllif:Qasım Quliyev

loading...