”♥ Sevgi ♥ “

Bir ömür kitabı bağlamışam mən.
Başlanğıcı sevgi, sonrada sonluq.
Dedilər ayrılıq kimdən olubdu,
Dedim sevgi məndən,ayrılıq onluq.

Düşünməzdim belə tərk edəcəksən,
Bir gün bu acını yaşıyacaqsan.
Bir gün bir özgəylə evlənəcəksən,
Qarşılıqsız sevgi daşıyacaqsan.

Get düşün etdiyin günahlarını.
Düşünüb deyərsən çoxdu günahım
Sonrada əlini açıb Allaha,
Deyərsən bağışla əziz Allahım.

Bəlkə bağışlayar o birgün səni,
Amma ki, mən səni bağışlamaram
Düşün nə hallara salmışdın məni
O ötən günləri bil unutmaram.

Fərhad sən deyil ey gözəl insan
Nə olsun dərd, kədər vermişdin mənə.
Etdiyin səhf üçün olsanda peşman,
Get,yaxşı yol, uğurlar sənə …

Fərhad Astanov (Yazılıb 2015)

loading...
Tags: