Əsgərim

Bir əlimdə təqvimim var
Bir əlimdə qara qələm.
Gələn günün həsrətilə
Ötən günü xətləyirəm.
Bitmir həsrət
Kecmir zaman
Hər anımda göz yaşı var
Hər anımda bir həyəcan.
İtirmək qorxusu ilə
Zamanı iplə çəkirəm
Nə gələn var,nə gedən
Nə yaxşıki bir ümidim
Ürəyimə dolubdur yar.
Fəsil fəsil izləyirəm
ALLAHımın pənahında
ƏSGƏR YOLU GÖZLEYİRƏM

Əsgər yari Orucova Röya

loading...