Əmoglu!

Çalışki həyatda yaxşılıq eylə,
Allah yaxşılığı görür əmoglu.
Allah o insanın köməyi olar,
Kimki yaxşı ömür sürür əmoglu.

Məni aldatdı üzümə gülərək,
Tərk edib getdi qəlbimi dələrək.
Hər gecə yuxuma səssiz gələrək,
Dərdini mənimlə bölür əmoglu.

O məni tərk edib yandırıb yaxıb,
Dərdinnən içmişəm gözlərim axıb.
Məni tərk edərək qıraqdan baxıb,
Biçarə halıma gülür əmoglu.

Məni məhv edibdi kədərlə həsrət,
O mənim sevgimə vermədi qiymət.
Sevən qəlblərdə dogulan məhəbbət,
Bir zaman yox olur ölür əmoglu.

İllərlə özümü etmişəm hədər,
İndi gəncliyimnən qalmıyıb əsər.
Vəfasızlara bel baglasan əgər,
Bir gün deyəcəklərki “sür əmoglu”.

Elvin Qasımov.

loading...