Əmirxana hədiyyəm

Ad günündür bu gün Sənin,
Biz səni təbrik edirik.
Sənə bütün ömrün boyu,
Uğur, sevinc diləyirik.

Qəlbimizin ən dərin
Yerindəsən, bilginən,
Həyatın boyu hər an,
Kədərlənmə, gülginən.

Arzum budur məktəbi,
Əla qiymətlə bitir.
Attestatnı alanda,
Birinci mənə gətir.

Körpəlikdən böyüdün
Sən bizim yanımızda,
Məhəbbətin hərzaman
Yaşayır canımızda.

Səni biz çox sevirik,
Sənsən bizim canımız
Ürəyimiz, qanımız,
Şirin Əmirxanımız.

Adın kimi özün də,
Həmişə xan olasan,
Hamının yaddaşında
Xan olaraq qalasan.

Səni Allah qorusun,
Xatadan, bəd nəzərdən.
Arzularam heç zaman,
Düşməyəsən nəzərdən.

Özün kimi layiqli,
Həm şirin, həm ağıllı
Qızla ailə qurasan,
Arzularına çatıb,
Xoşbəxt insan olasan.

Məncə, bu dünyaya çox
Əmirxanlar gələcər.
Sənin kimi Əmirxan
Bir də gəlməyəcəkdir.

Səni incidən insan,
Heç vaxt gülməyəcəkdir.
Səni sevən insanlar,
Ruhən ölməyəcəkdir.

Bu şeiri sinədən,
Yazıram sənin üçün.
İstəsən bu canımı,
Mən heç uff da demədən,
Qurban verrəm Səninçün.

Yaqut (Abdullazadə) Ağayeva

loading...