Əllərinin hərarəti.

Təbəssümlü gözlərində,
məhəbbəti görürəm mən.
“Səni sevdim”kəlməsini,
eşidəydim kaş dilindən.
Doyunca baxıb üzünə,
qoy mən tutum əllərindən.
Əlləririnin hərarəti,
əllərimə toxunanda.
Məhəbbətin nəfəsini,
mən duyaram həmin anda.

Müəllif:Çingiz Babaoğlu
(Ç.Əliməmmədov)Quba

loading...