Əgər yanımda olsan…

Əgər yanımda olsan,
Səninlə eyni anda
Yapışaram sükandan
Bu xırda gəmimizin
Həyat adlı dənizin
Fırtınalı qoynunda
Batmasını qoymaram.
Əgər yanımda olsan,
Tufanın,qasırğanın
Bizi batırıb qəmə
Həyatı cəhənnəmə
Qatmasını qoymaram.
Əgər yanımda olsan,
Dəlisov dalğaların
Bizi alıb dənizdən
Bir çöp kimi sahilə
Atmasını qoymaram.
Əgər yanımda olsan,
Səni qorumaq üçün
Keşik çəkərəm hər gün
Əsgər kimi, nər kimi
Qırpmadan kipriyimi
Gözlərimin bircə an
Yatmasını qoymaram.
Bir gün səni görməsəm,
Ümidim sönüb gedər.
Qonar Gözlərimə qəm
Düşərəm qəlbimdəki
Fırtınalı dənizin
Sakit axan dibini.

Təbrizə Pünhan

loading...